Misir Mərdanov: “Bölgələrdəki vakant yerlərə müəllimlərin işə qəbulu zamanı keçid ballarının aşağı salınmasına ehtiyac yoxdur”
Bu gün təhsil naziri Misir Mərdanov bölgələrdəki vakant yerlərə müəllimlərin işə qəbulu zamanı keçid ballarının aşağı salınmasına münasibət bildirib. SİA-nın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, bölgələrdə vakant yerlər olduğu zaman bu barədə- rayon, kənd və məktəb barədə dəqiq məlumatlar nazirliyə göndərilir və biz də buna uyğun olaraq elan veririk. Onun sözlərinə görə, elanda iştirak edən müəllimlər topladıqları bala uyğun olaraq müvafiq yerlərdə, öz arzularına görə yerləşdirilirlər: "Kimisə zorla hansısa yerə göndərə bilmərik. Həmin müəllimlər üçün keçid balının aşağı salınmasına hələlik ehtiyac yoxdur. Çünki hər il qəbul zamanı müəllimlərdən kifayət qədər ərizə toplanır. Ötən il bölgələrdə işə qəbulla bağlı 5 mindən çox müəllim ərizə vermişdi. Onlardan 800 nəfəri seçilərək müxtəlif bölgələrə işləməyə göndərilib. Gələn il üçün də hazırlıq işləri gedir bu prosesə də sentyabr ayından başlanacaq".
Nazir bələdiyyələrin tərkibində orta məktəblərin yaradılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, təhsil haqqında qanunda bu məsələ öz əksini tapıb və əgər bu reallaşarsa, biz yalnız sevinə bilərik.
Nazir bələdiyyələrin tərkibində orta məktəblərin yaradılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, təhsil haqqında qanunda bu məsələ öz əksini tapıb və əgər bu reallaşarsa, biz yalnız sevinə bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB