Misir Mərdanov: “Dövlət sifarişli ixtisaslarda bu ildən təhsil haqqları artırılacaq”

Misir Mərdanov: “Dövlət sifarişli ixtisaslarda bu ildən təhsil haqqları artırılacaq”
"Dövlət sifarişli ixtisaslarda təhsil haqqlarının artırılması məsələsi müzakirə olunub". SİA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, məsələ hələ ki, müzakirədədir və qərar hazır olan kimi bu barədə ictimaiyyətə məlumat veriləcək. Nazir həmçinin TQDK sədri Məleykə Abbaszadənin dövlət sifarişli ixtisasların komissiyaya təqdim olunmasının gecikməsi ilə bağlı fikrinə münasibət bildirərək qeyd edib ki, düzdür, hələ ki, dövlət sifarişli yerlərin siyahısı təqdim olunmayıb: "Bu günlərdə vaxtımız var və yaxın günlərdə həmin siyahı komissiyaya təqdim ediləcək".
Nazir həmçinin qeyd edib ki, dövlət sifarişli ixtisaslarda bu ildən təhsil haqqları artırılacaq: "Konkret ixtisasları deyə bilmərəm, çünki bu təkcə bizədən asılı bir məsələ deyil. Amma təhsil haqqı 100 faiz artırılacaq və bundan başqa ixtisas yerlərinin sayında da artım gözlənilir".
Misir mərdanovun sözlərinə görə, ixtisas sayları ildən-ilə daha da artırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə