Yanvarın 23-də keçirilmiş sınaq imtahanının nəticələri elan olunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il yanvarın 23-də Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində sınaq imtahanları keçirib.
TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahanın nəticələri yanvarın 26-da saat 14:00-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. Sınaq imtahanında iştirak etmək üçün 31126 abituriyent qeydiyyatdan keçib. Onlardan 1460 nəfəri imtahanda iştirak etməyib. 29 nəfər qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunub.
Qeyd edək ki, növbəti sınaq imtahanlarının müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə