Mərkəzi Qan Bankının Bərdə bölməsi Tərtərdə qanvermə aksiyası keçirib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Bərdə bölməsi tərəfindən yanvarın 25-də Tərtər Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.
SİA-nın xəbərinə görə, aksiya zamanı 29 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan Mərkəzi Qan Bankının Bərdə bölməsi üzrə qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB