Nazir: “Yaxın vaxtlarda daha 30 tədris ocağında yenilik tətbiq olunacaq”
Təhsil Nazirliyində "Elektron Təhsil" layihəsinin təqdimat mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov ölkədə təhsil sisteminin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib. Nazir "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində 20 orta təhsil müəssisəsinin "Elektron Məktəb" pilot layihəsinə qoşulduğunu, yaxın müddətdə isə daha 30 tədris ocağında bu yeniliyin tətbiq olunacağını nəzərə çatdırıb.
Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə görə Azərbaycanın MDB məkanında öncül yerlərdən birini tutduğunu qeyd edən "Ultra" şirkətinin prezidenti Tahir Mirkişili "Elektron Təhsil" layihəsi haqqında məlumat verib. Artıq ölkə üzrə 1000 məktəbdə elektron dərslərdən istifadə imkanının olduğunu vurğulayan T.Mirkişili Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsinin məlumatları əsasında 4500 məktəbin şagird və müəllim kontingenti barədə məlumatların Data Mərkəzə daxil edildiyini söyləyib.
"Elektron Təhsil" layihəsinin həyata keçirilməsi istiqamətində görülən işləri nəzərə çatdıran "Ultra" şirkətinin şöbə müdiri Sərxan Məmmədov layihənin üstün cəhətlərini sadalayıb. "Elektron Təhsil" layihəsinin Təhsil Portalı (www.edu.az), "Elektron Məktəb" İdarəetmə Proqramı (ASM), Elektron Dərsləri İdarəetmə Proqramı (AeL), Elektron Dərslər (SCORM standartları) və Milli Təhsil Məlumat Bazasını (NED) özündə birləşdirdiyinə diqqət çəkən S.Məmmədov layihənin məktəb idarəetməsi, qiymətləndirmə, tədrisin səviyyəsinin yüksəldilməsi, valideyn-məktəb münasibətləri, təhsil sahəsinə dair müxtəlif statistik göstəricilərin vahid bazada toplanması baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, "Elektron Təhsil" layihəsinin gözlənilən nəticələri verməsi üçün həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB