Bu il TQDK magistraturaya qəbul qaydalarında bəzi dəyişikliklər edib
Bu gündən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrların ərizə qəbulu başlanır. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, ərizələrin qəbulu internet vasitəsi ilə aparılır. Onun sözlərinə görə, bakalavr "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə komissiyanın müvafıq internet səhifəsinə daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur. M.Abbaszadə vurğulayıb ki, bakalavrlar ərizələrini təsdiq etdirmək üçün yanvarın 25-dən fevralın 7-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək "TQDK-nın ödəmə kartı"nı və tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməlidirlər.
"Cari ilin məzunları "Bakalavrın elektron ərizəsi" formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılan SQK-da, ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları ali təhsil müəssisələrində yaradılan SQK-lardan istənilən birində, xarici ölkələrdə ali təhsil alan Azərbaycan Respublikasının vətəndaşları TQDK-da yaradılan SQK-da, əcnəbi və ya vətəndaşlığı olmayan ali təhsilli şəxslər "Bakalavrın elektron ərizəsi" formasını TQDK-da yaradılan SQK-da təsdiq etdirirlər. "Bakalavrın elektron ərizəsi" formasının təsdiqi üçün TQDK tərəfındən yaradılan bütün Sənəd Qəbulu Komissiyalarının siyahısı və tələb olunan sənədlər "Magistr" jurnalının 2-ci sayında dərc olunub", - deyə o əlavə edib.
TQDK sədri qeyd edib ki, hazırda magistraturaya qəbul qaydalarında müəyyən problemlər var. O bildirib ki, bütün bunları nəzərə alaraq, builki magistraturaya qəbul qaydalarında bəzi dəyişikliklər edilib: "Məsələn, bu ildən fəlsəfə ixtisası üzrə fəlsəfə, fizika və riyaziyyat ixtisaslarını bitirənlər də magistraturaya sənəd verə bilərlər. Edilən dəyişikliklərə əsasən keçid cədvəlləri daha mürəkkəb olub, ancaq bakalavrların seçim imkanları genişlənib. Gələn ay ali məktəb rəhbərləri görüş keçirəcək və bu məsələni onlarla da ətraflı müzakirə edəcəyik. Bütün işlər tam başa çatdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB