DİM-də TOEFL imtahanı keçirilib

DİM-də TOEFL imtahanı keçirilib

Aprelin 6-da Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçirilib. DİM-dən SİA-ya bildirilib ki, imtahanda 1 əcnəbi vətəndaş olmaqla 12 nəfər iştirak edib. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Növbəti TOEFL imtahanının mayın 11-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı linkdən əldə etmək olar: http://www.dim.gov.az/activities/exams/toefl/

Bütün xəbərlər Facebook səhifəmizdə