Məktəbin III mərtəbəsindən yıxılan VIII sinif şagirdi dünyasını dəyişib
Aprelin 4-də III mərtəbədən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) təəssüflər olsun ki, aprelin 6-da müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib. Bu barədə SİA-ya 162 nömrəli tam orta məktəbdən məlumat verilib.
Məktəbin müəllim və şagird kollektivi şagirdin vəfatı ilə bağlı kədərləndiklərini bildirir, dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB