Təhsil naziri Bakı Avropa Liseyində müəllimlərin dərslərini izləyib
Bakı Avropa Liseyində "Təlimdə innovativ yanaşmalar" mövzusunda seminar keçirilib. Seminarda iştirak edən təhsil naziri Misir Mərdanov liseyin müəllimləri Xumar Əhmədbəylinin fənlərarası təlim proqramı üzrə 5 "a1" sinfində "İzlər keçmişi bərpa etməyə imkan verir", İlhamə Abdullayevanın 4 "a1" sinfində "Birrəqəmli ədədə bölmə" mövzularında apardıqları dərsləri dinləyib.
Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, seminarda 6 müəllimin dərsi dinlənilib. Dərslər başa çatdıqdan sonra nazir liseyin bir sıra sinif otaqlarına baş çəkərək, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı liseyin direktoru Zülfiyyə Veysova və həmin siniflərdə dərs aparan müəllimlər siniflərdəki vəziyyət, onların tərtibatı haqqında nazirə ətraflı məlumat veriblər. Tərtibatlarda və yüksək təlim mühitinin yaradılmasında valideynlərin yaxından iştirak etdikləri vurğulanıb. Təhsil naziri liseydə gördüklərindən razı qaldığını bildirib, ayrı-ayrı siniflərdə yaradılan əlverişli təlim şəraitini, onların tərtibatını yüksək qiymətləndirib və siniflərdə müşahidə etdiyi müsbət cəhətləri xüsusi qeyd edib. Misir Mərdanov müəllimlərlə valideynlər arasında daha sıx əlaqələrin yaradılmasının vacibliyini də diqqətə çatdırıb.
Sonra dinlənilan dərslərin müzakirəsi aparılıb. Təhsil naziri və digər iştirakçılar dinlədikləri dərslərin yüksək səviyyədə qurulduğunu, müəllimlərin metodik məharət nümayiş etdirdiklərini, şagirdlərin fəal iştirakını, sərbəstliyini, dərslərdə müasir təlim metodlarına geniş yer verildiyini qeyd edib və bu işi yüksək qiymətləndiriblər.
Seminarda Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova rəhbərlik etdiyi kollektivin yaradıcı və innovativ fəaliyyətinin nəticəsi kimi tədris ocağında artıq neçə illərdir ki, uğurla tətbiq olunan fənlərarası təlim (FAT) proqramı haqqında geniş təqdimat edib, seminar iştirakçılarının təqdimatla bağlı çoxsaylı suallarını cavablandırıb. Tədbirdə seminar iştirakçılarına FAT-la bağlı liseyin hazırladığı metodik vəsaitlər paylanıb. Təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, bəzi ali təhsil müəssisələrinin əməkdaşları və bir sıra məktəblərin direktorları seminarda iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB