TQDK sınaq imtahanı keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ali məktəblərə qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə və ilk dəfə tətbiq ediləcək açıq testlərə cavablarını təhlil etmək üçün yanvarın 23-də sınaq imtahanı keçirib.

SİA-nın xəbərinə görə, sınaq imtahanları Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində təşkil olunub.

İmtahanlara 1085 nəzarətçi-müəllim nəzarət edib.

Sınaq imtahanlarına yazılış bu il yanvarın 6-dan başlanmış və bu imtahanların keçirildiyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdirilib.

Qeydiyyatdan 30 mindən çox gənc keçib.

Üç saat davam etmiş imtahanların nəticələri yaxın günlərdə TQDK-nin internet saytında yerləşdiriləcəkdir.

Sonrakı sınaq imtahanlarının aprel ayından etibarən müntəzəm surətdə keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə