“Son dövrlərdə ölkəmizdə təhsillə bağlı vacib qərarlar qəbul olunur. Bu, dövlətin təhəsilə diqqət və qayğısının nəticəsidir”. SİA-nın xəbərinə görə, bunu deputat Aqiyə Naxçıvanlı parlementin bu gün keçirilən plenar iclasında “Ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin III oxunuşunun müzakirəsi zamanı çıxış edərkən deyib.
Qanun layihəsində üslub səhvlərinnin olduğunu deyən deputat təklif edib ki, təhsilin inkişafı ilə bağlı xeyriyəçilik edən sahibkarlara vergi güzəştləri edilsin.
Onun sözlərinə görə, qanun layihəsində bütün ümumtəhsil müəssəsiələrinin publik şəxs olması ilə bağlı məsələ sərt şəkildə ifadə olunub: “Hesab edirəm ki, bu məsələ yumşaq şəkildə ifadə olunmalıdır. Çünki, tez bir zamanda bütün ümumtəhsil müəssisələrinin publik şəxs olması mümkün deyil”.
A.Naxçıvanlı söyləyib ki, dövlətin ideologiyasının, milli təhlükəsizliyin təmin olunması təhsil müəssisələrindən başlanmalıdır: “Bəzən xarici təzyiqlər təhsil vasitəsilərinə müdaxilərlə edilə bilir. Bu baxımdan hesab edirəm ki, xarici təsisçilərə məxsus təhsil müəssisələrin direktorları azərbaycanlı olsun. Qanun layihəsində müavin qeyd olunub. Müavinin səlahiyyətləri az olduğu üçün düşünürüm ki, direktoru azərbaycanlı olsa daha düzgün olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB