Sabah respublikanın 11 regionunda 31 minə yaxın abituriyent imtahan verəcək
Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində sınaq imtahanları keçirəcək. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya veridiyi xəbərə görə, respublikanın 11 regionunda keçiriləcək sınaq imtahanlarında 31 minə yaxın abituriyentin iştirak edəcəyi nəzərdə tutulub. O bildirib ki, ilk dəfə olaraq yanvar ayında təşkil olunan sınaq imtahanları abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək etmək və ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etmək məqsədilə təşkil olunur.
"Bu ilk dəfə olaraq yeni qaydalara əsasən, sınaq imtahanlarında riyaziyyat fənnindən 5 açıq tipli test sualları olacaq və imtahanlardan sonra abituriyentlərin onlara hansı səviyyədə cavab verdikləri təhlil olunacaq. Bildiyimiz kimi, bu ildən ali məktəblərə qəbul imtahanlarında riyaziyyat fənnindən 5-7 sual açıq tipli olacaq. Abituriyentləri buna hazırlamaq məqsədilə sınaq imtahanlarında da açıq tipli suallar salınacaq. İmtahanların nəticələri yaxın günlərdə elan olunacaq. Sonrakı sınaq imtahanlarının isə müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB