Oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə keçirilmiş imtahanların nəticələri açıqlanıb

Oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə keçirilmiş imtahanların nəticələri açıqlanıb

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisləri üçün yanvarın 19-da keçirilən sertifikasiya prosesinin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sayca üçüncü olan bu imtahan oftalmologiya, ümumi cərrahiyyə ixtisasları üzrə keçirilib. İmtahanda iştirak edən 37 həkimin 35-i uğurlu nəticə əldə edərək növbəti mərhələyə - müsahibəyə buraxılıb.

İmtahanın şərtlərinə əsasən 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər müsahibədə iştirak edə bilərlər.

İmtahan nəticələri nazirliyin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, növbəti imtahanlar yanvarın 26-da dematoveneralogiya və kardiologiya ixtisasları üzrə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə