"Şagirdlər məcburi şəkildə üzgüçülüyə cəlb edilməlidir"

“Şagirdlər məcburi şəkildə həftədə bir dəfə hovuzda üzgüçülüyə cəlb edilməlidir. Bu, dövlət hesabına həyata keçirilməlidir”. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin deputat Elmira Axundova deyib.

O xatırladıb ki, Azərbaycan böyük çaylar axır: “Hər il yüzlərlə insan Xəzər dənizi, Kür və Araz çaylarında boğulurlar. Avropa təcrübəsini öyrənəndə görürük ki, orada şagirdlərə üzgüçülüyü öyrətməyə çalışırlar. İnanın, heç bir artıq xərc insan həyatından önəmli deyil”.

Deputat sənədsiz evlər məsələsinə də toxunub: “Xalq arasında “kupça” adlı sənədin verilməsinin sadələşdirilməsi haqqında sərəncamı yüksək qiymətləndirirəm. 20-30 ildir orada yaşayır, kommunal xərclər ödəyirlər, lakin əllərində bir sənəd olmadığından onlar dövlətə nə əmlak vergisi ödəyə bilirlər, nə də bu evlər alqı-satqı predmetidir. Ona görə də dövlətə ödəniləcək əlavə vergilər büdcəyə yox, kimlərinsə ciblərinə axır. Halbuki bu evlər sənədləşsə, dövlət təxmini heablamlara görə 300-500 milyon manat əlavə gəliri büdcəyə yönəldə bilər. Nə üçün bu leqal gəlirdən imtina edərək, hansısa məmurun “qara kassa”sını doldururuq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə