Səhiyyə mütəxəssislərinin sertifikasiyasından uğurla keçən ilk həkimlər məlum oldu
Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ilk 2-ci mərhələsi-müsahibəsi keçirilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, müsahibədə mama-ginekologiya ixtisası üzrə test imtahan verən və birinci mərhələdən uğurlu nəticələr əldə edən həkimlər iştirak ediblər. Sertifikasiya komissiyanın yekdil qərarına görə, müsahibədə iştirak edən 4 mama-ginekoloq növbəti mərhələni də uğurla keçiblər.
Bununla yanaşı, Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanını keçirib. İmtahan oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB