"6 minə yaxın autizm xəstəsi təhsildən kənarda qalıb"

"6 minə yaxın autizm xəstəsi təhsildən kənarda qalıb"

“Ümumi təhsil haqqında” qanun layihəsi bir çox insanları əhatə edir. Məktəb sadəcə şagirdlər üçün deyil, təhsil prosesində çoxlu sayda insanlar iştirak edir. “Ümumi təhsil haqqında” qanun layihəsi uzun zamandır ki, gözlənilən, geniş, düşünülmüş və hər bir detalı özündə cəmləşdirən qanun layihəsidir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Sona Əliyeva Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib. O bildirib ki, hazırda bu sahədə narahat edən məsələlərdən biri autizmli uşaqların təhsil problemidir.

Onun sözlərinə görə, Azərbaycanda 6 minə yaxın uşaq nə inklüziv təhsilə, nə də normal təhsil almaq imkanından kənarda qalıb: “Bildiyiniz kimi ölkəmizdə 2015-ci ildə bu uşaqların sağlamlıq imkanları məhdud olması ilə bağlı kriteriya müəyyənləşib. Lakin “Təhsil haqqında” qanunda bu məsələ nəzərə alınmayıb. Autizmə 4 sindromlu xəstələrin daxil olduğunu əzərə alsaq, bu problemin aradan qaldırılması istiqamətinə diqqət çəkilməlidir. Bəs onlar harada təhsil almalıdır?”.

S.Əliyeva söyləyib ki, Təhsil Nazirliyi, Əmək v əhalinin Sosial Müdafiəsi Nazirliyi autizmli uşaqlar üçün reabilitasiya mərkəzlərinin yaradılması haqqında düşünməlidir: “Hazırda belə mərkəzlər yoxdur. Hansı ki, Türkiyədə belə uşaqlar üçün icbari dərs keçirilir. Bu uşaqlar hər hansı şəkildə təhsillərini davam etdirməlidirlər. Düşünürəm ki, cəmiyyətin və aiddiyatı qurumların bu barədə düşünməsinə ehtiyac var. Çünki, gələcəkdə hər 10 uşaqdan 3-ü bu xəstəlikdən əziyət çəkəcək. Bunun bidən asılı olmayan səbəbləri var. Bu, Dünyada baş verən qloballaşmanın insanlığa vurduğu ziyanın nəticəsidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə