Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün dövlət rüsumu müəyyənləşib. SİA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisin əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanuna yeni – 32-1-ci (Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələrinin, ümumi təhsil müəssisələrinin, məktəbdənkənar təhsil müəssisələrinin, peşə təhsili müəssisələrinin, orta ixtisas təhsili müəssisələrinin, ali təhsil müəssisələrinin, əlavə təhsil müəssisələrinin və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrin akkreditasiyadan keçirilməsi üçün 20 manat dövlət rüsumu tutulacaq.
Qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinin 0.5.2-ci (ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) - 10 000 manat) bəndində dəqiqləşdirmə aparılıb. Belə ki, bu rüsum dövlət ümumi təhsil müəssisələrinə aid edilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB