Magistraturaya qəbul olmaq istəyənlər hansı qayda və qanunları bilməlidir?
Xəbər verdiyimiz kimi, cari tədris ilindən etibarən magistraturaya qəbul imtahanına ərizə qəbulunun və qəbul imtahanının vaxtı dəyişdirildi. Belə ki, 2011-2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanının I mərhələsinin fevral ayında aparılması nəzərdə tutulub. Qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılır.
Bəs görəsən magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün bakalavrlar nə etməlidir. Bakalavrları maraqlandıran bu və ya digər suallara aydınlıq gətirmək üçün SİA olaraq məsələni aydınlaşdırmağa çalışdıq. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib ki, magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. Onun sözlərinə görə, bakalavr "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə komissiyasının müvafiq internet səhifəsinə daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur: "TQDK-nın ödəmə kartını TQDK-nın binasından, respublikanın bütün şəhər və rayon poçt şöbələrindən, eləcə də kredit kartla ödəməklə komissiyanın internet saytından əldə etmək olar. Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün yanvarın 25-dən fevralın 7-dək saat 9.00-dan 17.00-dək ya "TQDK-nın ödəmə kartı"nı və tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) şəxsən təqdim etməlidirlər. Cari ilin məzunları "Bakalavrın elektron ərizəsi" formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılan SQK-da təsdiq etdirirlər".
Mətbuat katibi vurğulayıb ki, ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları "Bakalavrın elektron ərizəsi" formasını ali təhsil müəssisələrində yaradılan SQK-lardan istənilən birində, xarici ölkələrdə ali təhsil alan Azərbaycan Respublikasının vətəndaşları TQDK-da yaradılan SQK-da, əcnəbi və ya vətəndaşlığı olmayan ali təhsilli şəxslər isə komissiyada yaradılan SQK-da təsdiq etdirirlər. O qeyd edib ki, "Bakalavrın elektron ərizəsi" formasının təsdiqi üçün TQDK tərəfindən yaradılmış bütün sənəd qəbulu komissiyalarının siyahısı və tələb olunan sənədlər "Magistr" jurnalının 2-ci sayında dərc olunub.
Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Birinci mərhələnin imtahanı cari il fevralın 20-də keçirilir və bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Birinci mərhələnin nəticələrinə görə, ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar. İkinci mərhələyə buraxılan bakalavrlar "Magistr" jurnalının 4-cü sayında dərc ediləcək elana əsasən bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçir və bu proqrama aid olan ixtisaslaşmalardan qəbul olmaq istədikləri ixtisaslaşmaların kodlarını ərizələrinə daxil edib təsdiq edirlər.
Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal 75-dən, o cümlədən ixtisas üzrə topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın ingilis dilindən topladığı bal 20-dən az olmamalıdır. İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır. Bu bölmədə ümumi intellekt səviyyəsi, informatika və xarici dili bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunur. Magistraturaya qəbul imtahanına hazırlaşan gənclər bu test tapşırıqları vasitəsilə birinci mərhələ üzrə imtahanda onlara təqdim olunacaq sualların modeli ilə yaxından tanış olmaq, həmçinin öz hazırlıq səviyyələrini yoxlamaq imkanı qazanacaqlar.
Məlumat üçün bildirək ki, bu günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən "Magistr" xüsusi buraxılışının 2-ci sayı nəşr edilib. Nəşrdə 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına tələbə qəbulu elanı, magistraturaya ərizə verən bakalavr üçün təlimat, "Bakalavrın elektron ərizəsi"nin doldurulma qaydası və "Bakalavrın elektron ərizəsi" formasının nümunəsi, ümumi intellekt səviyyəsini ( məntiqi təfəkkürü), informatika, riyaziyyat və xarici dili bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri və onların düzgün cavabları öz əksini tapıb. "Magistr" xüsusi buraxılışının növbəti sayında 2011/2012-ci tədris ili üçün magistraturaya bütün ixtisaslaşmalar üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahıları, ixtisaslaşma seçimi cədvəli və tövsiyələr dərc ediləcək.
Qeyd edək ki, bundan əlavə, komissiyada ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu ilə bağlı yaradılmış Sənəd Qəbulu Komissiyalarının (SQK) nümayəndələri üçün seminar-məşğələ keçirilib. Burada da SQK-nın təmsilçilərini maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB