5 saylı Klinik Xəstəxananın poliomielit şöbəsinin əsaslı təmirdən sonra açılışı olub

5 saylı Klinik Xəstəxananın poliomielit şöbəsinin əsaslı təmirdən sonra açılışı olub
5 saylı Klinik Xəstəxananın poliomielit şöbəsinin əsaslı təmirdən sonra açılışı olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, burada kəskin süst iflicli xəstələrin müalicə və reabilitasiyası nəzərdə tututlub.

2 mərtəbəli, 25 çarpayılıq şöbənin 1-ci mərtəbəsində qəbul, şok əleyhinə otaq, izolyator otaqları, mətbəx və 3 palata, 2-ci mərtəbəsində isə manipulyasiya, fizioterapiya otağı və 9 palata yerləşdirilib. Tam müasir tibbi avadanlıqla təchiz olunan xəstəxanada istilik, qida və dərman preparatları ilə də tam təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə