"Nazirliyə "8 mart"la bağlı pul tələb olunmasına dair müraciət daxil olmayıb" AÇIQLAMA- ÖZƏL
Təhsil Nazirliyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə pul yığımı ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirlik SİA-nın sorğusuna cavab olaraq bildirib ki, bu günə qədər Nazirliyə "8 mart"la bağlı pul tələb olunmasına dair müraciət daxil olmayıb.
"Ölkədə fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir. Belə konkret faktlar olduğu təqdirdə valideynlər Təhsil Nazirliyinin 146 nömrəli "Qaynar xətt" xidmətinə müraciət edə bilərlər", -deyə cavabda qeyd olunub.
Xatırladaq ki, bir neçə gün bundan öncə saytımıza Bakının Binəqədi rayonunda yerləşən 182 saylı orta məktəb, Xətai rayonunda isə 25 saylı orta məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə pul yığımı ilə bağlı şikayət daxil olmuşdu. SİA məsələnin araşdırıması istiqamətində Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB