“Elm aylığı” çərçivəsində UNEC-ə kitablar hədiyyə edilib

“Elm aylığı” çərçivəsində UNEC-ə kitablar hədiyyə edilib

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini sədri, akademik Ziyad Səmədzadə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) kitab hədiyyə edib. UNEC-dən SİA-ya bildirilib ki, “Elm aylığı”nın açılışında universitetə 9 adda 130 ədəd kitab təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamına əsasən fevralın 27-dən martın 27-dək UNEC-də “Elm aylığı” start götürüb. Aylıq çərçivəsində universitetdə müxtəlif mövzuları əhatə edən 22 adda tədbirin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə