Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının 100 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirilib. “Bakı Dövlət Universitetinin 100 illiyinə 100 ağac” devizi ilə keçirilən kampaniya Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb. Universitetdən SİA-ya bildirilib ki, tələbələrin iştirakı ilə keçirilən aksiyada təyin edilmiş ərazidə 100 ədəd müxtəlif növ ağac əkilib. Ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq keçirilən aksiyada, eyni zamanda, həmin ərazidə əvvəllər əkilmiş ağaclara qulluq göstərilib, təmizlik-abadlıq işləri aparılıb.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB