Qış imtahan sessiyası imtahanlarında 20 tələbə auditoriyadan çıxarılıb
Bakı Dövlət Universitetində keçirilən qış imtahan sessiyası imtahanlarında 20 tələbə mövcud qayda-qanunları pozduğuna görə, auditoriyadan çıxarılıb. Bu barədə SİA-ya açıqlamasında BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova xəbər verib. O bildirib ki, həmin tələbələrin işləri və sonrakı taleyi imtahanlarla bağlı universitetdə yaradılan qərargahda müzakirə olunacaq. O tələbələrin imtahanlarda qeyri-kafi qiymət almış hesab olunduğunu deyən P.İbrahimova qeyd edib ki, yekun qərarda ya həmin tələbələr kursda qalacaq, ya da universitetdən xaric olunacaqlar.
"Yanvarın 5-dan etibarən universitetdə əyani şöbənin qış imtahan sessiyası başlayıb. Yanvarın 31-dək davam edəcək imtahanlarda tələbələr nəzarət etmək, köçürmələrin qarşısını almaq üçün imtahan zallarına kameralar quraşdırılıb. Artıq tələbələr imtahan zallarına kameraların quraşdırıldığını və onlara nəzarə olunduğu bildiklərindən köçürməyə elə də çox cəhd etmirlər. Ancaq bununla yanaşı, demək olar ki, hər gün 1-2 tələbə imtahan qayda-qanununu pozduğuna görə zaldan kənarlaşdırılır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB