Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı səhnələşdirdiyi “Ünvansız qatar” tamaşasının premyerası keçirilib. SİA xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində göstərilən tamaşa Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında UNEC Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanıb.
Tamaşada ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələrdən, dinc insanların öz ata-baba yurdlarından, doğma ocaqlarından didərgin düşmələrindən bəhs olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB