Tələbələrin təqaüdlərinin artırılması gənclərə stimuldur

Tələbələrin təqaüdlərinin artırılması gənclərə stimuldur

"Bu gün dövlət-gənclər siyasəti ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir". Bunu SİA-ya açıqlamasında UNEC-in tələbə rektoru Elmir Sadıqov deyib.

E.Sadıqov bildirib ki, respublikamızda tələbə-gənclər hərəkatı həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətini təşkil edir: "Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə imzaladığı sərəncamlar təqdirəlayiqdir. Ölkə başçısının imzaladığı bu sənədlər tələbələrə dövlət qayğısını artırır, eyni zamanda, təhsilə marağı stimullaşdırmağa və təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa xidmət edir. Sərəncamın tətbiqi aztəminatlı ailələrdən olan tələbələrin sosial vəziyyətinin yüksəlməsinə səbəb olacaq.
Sərəncam təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa da imkan verəcəkdir. Bu da, öz növbəsində, təhsilin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaqdır".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə