Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ikinci imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ikinci imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ikinci imtahanlarının nəticələri bəlli oldu.

SİA-nın xəbərinə görə, 12.01.2011-ci il tarixində anesteziologiya-reanimatologiya və pediatriya ixtisasları üzrə keçirilən imtahanlarda 56 həkim iştirak edib. İştirakçılardan bir həkim (anesteziologiya-reanimatologiya ixtisası üzrə) 97 bal toplayaraq ən yüksək nəticəni göstərib. Bütövlükdə isə imtahanlarda iştirak edən həkimlərin 88% (49 nəfər) uğurlu nəticələr əldə edib.

İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə