Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. DİM-dən SİA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1878 namizəddən 27 nəfər imtahana gəlməyib.
İmtahan nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən:
BA1 altqrupu üzrə – 5 nəfər;
BA2 altqrupu üzrə – 14 nəfər;
BA3 altqrupu üzrə – 36 nəfər;
BA4 altqrupu üzrə – 86 nəfər;
BB1 altqrupu üzrə – 171 nəfər;
BB2 altqrupu üzrə – 178 nəfər;
BB4 altqrupu üzrə – 240 nəfər olmaqla, ümumilikdə 949 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün fevralın 18-dən martın 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası fevralın 18-20-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Çin Aya "Chang'e 6" missiyasını uğurla həyata keçirdi
Texnologiya 23:44Rusiya elektrik enerjisinin əsas alıcısı...
Dünya 23:13İvleeva Donbasa səfərindən danışıb...
Şou-Biznes 23:07Rusiya şəkər ixracını müvəqqəti dayandırıb
Dünya 22:34Vinisius ən yaxşı seçildi
İdman 22:07Hollandiya startapı Azərbaycan startapını alıb - FOTOLAR - VİDEO
İqtisadiyyat 22:01Türkiyədə məktəb ərazisində 30 mərmi tapılıb
Dünya 21:49Bəs, onda nə olacaq..?
Dünya 21:35Ukrayna altı TRML-4D radarı alacaq
Dünya 20:36VIII Türkiyə-Almaniya İqtisadiyyat günü
Dünya 20:28Konte "Çelsi"yə qayıdır..?
İdman 20:03Putin nə vaxt dayanacaq..?
Dünya 19:38Berlində güclü yanğın var...
Dünya 18:53Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
Mədəniyyət 18:47“Heydər Əliyev və milli mədəniyyət strategiyası”...
Heydər Əliyev-100 18:36Krım körpüsü bağlanıb
Dünya 18:22Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı
Mədəniyyət 18:16Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Texnologiya 18:11ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar...
Dünya 18:02Amerika tələbə iğtişaşlarından şoka düşüb
Siyasət 17:55İran silahla Afrikanın etibarını qazanmağa çalışır
Siyasət 17:45Agentlik sədrindən əcnəbi jurnalistlərə ÇAĞIRIŞ
Siyasət 17:05Konqresmenlərdən ABSURD YANAŞMA - TƏHLİL
Siyasət 17:04Kənd Təsərrüfatı Nazirliyində görüş keçirilib - FOTO
İqtisadiyyat 16:58Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək
Hadisə 16:53Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər
İqtisadiyyat 16:52Dağıdıcı müxalifət yalnız trollardan ibarətdir ANALİZ
Siyasət 16:46Küləyin sürəti 22 m/s-dək güclənib
Hadisə 16:41“Qəbələ” klubu ciddi təhlükə qarşısındadır
İdman 16:27“Fənərbağça” Di Mariyanı transfer etmək istəyir
İdman 16:25Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi auditor seçir
İqtisadiyyat 16:10Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib
Siyasət 15:56COP29.az vebsaytı istifadəyə verilib
İqtisadiyyat 15:50Bakı-Quba yolunda “Range Rover” yanıb
Hadisə 15:49“Bakı KOB evi”ndə sahibkarlara 80 mindən çox xidmət göstərilib - FOTO
İqtisadiyyat 15:49Ağdaşda 5 otaqlı ev yanıb
Hadisə 15:47Suqovuşan su anbarına balıq körpələri buraxılıb - FOTO
İqtisadiyyat 15:43Milli Məclisin növbəti plenar iclasının vaxtı
Siyasət 15:42Hərbçilərimiz beynəlxalq təlimdə iştirak edəcəklər
Siyasət 15:2762 nəfərin diplomu tanınmayıb
Təhsil 15:25Dünyaya iki mesaj - ANALİTİK
Siyasət 15:19Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8246 +0,12%
- GBP 2,1333 +0,11%
- RUB 0,0185 +1,08%