"Ali məktəblərdə dövlət hesablı yerlərin sayı 20 500-ə çatdırılacaq"
"Ötən il dövlət sifarişli yerlərin sayı 12324 olub, növbəti tədris ili üçün isə 20 500 yerə kimi artırılması planlaşdırılır". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
Bir il ərzində dövlət sifarişli yerlərdə 65 faizdən artıq artımın müşahidə olunduğunu deyən nazir söyləyib ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək. C.Bayramov qeyd edib ki, yalnız növbəti ilin proqnoz yerlərindən danışılırsa, dövlət sifarişli yerlərin sayı 42% müəyyən edilib: "2018-2019-cu tədris ili üçün bu rəqəm 30%-dən az idi. Bu da bir il ərzində əlavə sifarişli yerlərin olması deməkdir. Məqsəd dövlət vəsaiti hesabına təhsilin müxtəlif istiqamətlərində gənclərə ali təhsil imkanının verilməsi və bunun genişləndirilməsidir".
C.Bauramov qeyd edib ki, 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərlə bağlı sənədi Nazirlər Kabinetinə təqdim etmişik və sənəd təsdiq olunma mərhələsindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB