Nazirlik rəsmisi: “Ötən il 288 müəllim, 36 direktor, 133 tərbiyəçi yeni işlərə qəbul olunub”-Açıqlama
"2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərində 288 vakant müəllim yeri olub, həmin yerlərə müəllim qəbulu üçün elan verilib və qəbulla bağlı reqlament nazirliyin internet saytında yerləşdirilib. Vakant yerlərin müsabiqəsində iştirak etmək üçün 5171 nəfər müəllim elektron ərizə verib. Onların elektron ərizələrindəki məlumatlar şəxsi işlərindəki sənədlərlə tutuşdurulduqdan və müvafiq təhlil aparıldıqdan sonra 1815 nəfərin ərizəsi təsdiqlənib". Bu barədə SİA-ya açıqlamasında Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov ötən il görülən işlər barədə məlumat verərkən deyib. O bildirib ki, aparılan imtahan nəticəsində 288 vakant yerə müəllimlər işə qəbul olunub.
Şöbə müdiri əlavə edib ki, ümumtəhsil məktəblərində vakant direktor vəzifəsinə təqdim olunan namizədlərlə test imtahanın aparılması məqsədilə test sualları hazırlanıb və onların bazası yaradılaraq kompüterdə yerləşdirilib. Onun sözlərinə görə, dekabrda məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqədə 48 namizəd iştirak edib, onlardan 36 nəfəri işə qəbul edilib: "Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçilərin işə qəbulu üzrə yerlərdən daxil olan təqdimatlar araşdırılıb, onlardan 113 nəfərin işə qəbuluna razılıq verilib. Məktəbdənkənar, ilk-peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinə işə qəbul üzrə yerlərdən daxil olan təqdimatlar araşdırılıb, vakansiyalar kifayət qədər əsaslandırılmadığı üçün işə qəbula razılıq verilməyib".
F.Qədirov vurğulayıb ki, 2011-ci ildə ucqar kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunacaq vakansiyaların müəyyənləşdirilməsi, limitə uyğun sayda pedaqoji kadrların göndərilməsi, məktəblərdə kadr təminatının vəziyyətinin monitorinqinin nəticələrinin təhlil edilməsi və nazirliyin kollegiyasının müzakirəsinə təqdim edilməsi nəzərdə tutulub. O qeyd edib ki, 2011-12-ci tədris ilində məktəbəqədər, ilk peşə-ixtisas, orta-işxtisas və ali təhsil müəssisələrində kadr təminatının monitorinqinin aparılması, nəticələrin təhlili, ümumtəhsil, məktəbəqədər, məktəbdənkənar, ilk peşə-ixtisas və orta-ixtisas təhsili müəssisələrinin pedaqoji kadrlara olan tələbatların təhlili və yeni mexanizmə əsasən işə qəbulun həyata keçirilməsi, vakant yerlərə məktəb direktorlarının işə qəbulu üzrə mexanizmin təkmilləşdirilməsi və tətbiqi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB