Ümumi təhsil müəssisələrinin ibtidai sinif və fənn müəllimləri üçün yekun qiymətləndirmə keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş imtahanlarda 2018-ci ilin noyabr-dekabr aylarında paytaxt üzrə ibtidai sinif və fənn müəllimləri üçün keçirilən ixtisasartırma təlimlərini başa vuran 1 387 müəllimin iştirakı nəzərdə tutulur.
İmtahanda iştirak etmiş müəllimlərə dövlət nümunəli ixtisasartırma sertifikatları təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB