Yeni təyin olunan vahid məktəbli geyimlərinin tikilişinə mart ayının ilk 10 günlüyündə başlanacaq

Yeni təyin olunan vahid məktəbli geyimlərinin tikilişinə mart ayının ilk 10 günlüyündə başlanacaq
"Artıq gələn tədris ili üçün vahid məktəbli geyimləri müəyyənləşib. İndi əsas məqsədimiz bu işlərə başlamaqdır". SİA-nın xəbərinə görə, bu barədə Bakı Tikiş Evinin İdarə Heyətinin sədri Fədai Rəhimov jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, sadəcə parçanın alışı və gətirilməsi 2 ay çəkir. Onun sözlərinə görə, 2 ay öncədən xarici ölkələrdən parçalar sifariş verilir və onların ölkəyə gətirilməsi ən azı 60 günə başa gəlir. Yeni təyin olunan vahid məktəbli geyimlərinin tikilişinə mart ayının ilk 10 günlüyündə başlanacaq. Yeni geyimlərin tikilməsi üçün yeni maşınların gətirildiyini deyən F.Rəhimov vurğulayıb ki, qızlar və oğlanlar üçün geyimlər ayrı-ayrı sexlərdə tikilib hazırlanacaq.

"Qiymətlər gəlincə qeyd edim ki, VII-XI sinif olan vahid məktəbli geyimində kostyum 40 manat, köynək və jilet isə 6 manat 50 qəpik qiymətindədir. Normalda orta məktəb şagirdləri 46 ölçüdür. 48 ölçüyə qədər qiymətlər 53 manat olacaq. 48 ölçüdən yuxarı olduğu halda isə geyimlərin qiyməti 55 manat olur. I-VI siniflərdə isə onlar köhnə qaydada olacaq. Bu siniflərdə 30 manat kostyumun, 5 manat köynəyin, 5 manat isə jiletin qiymətidir. I-VI siniflərdə 38 ölçüyə qədər geyimlərin qiyməti 40 manat, 40 ölçüdən yuxarı isə 45 manat olacaq (35 manat kostyum, 5 mana köynək, 5 manat isə jilet)".

Valideynlərə edilən güzəştlərə gəlincə, Bakı Tiki Evinin direktoru vurğulayıb ki, Bu və digər hallarda valideynlərin də müəyyən təklifləri nəzərə alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə