“3 və daha çox məktəbli olan ailələrin vahid məktəbli geyimlərinin qiymətində güzəştin edilməsi ilə bağlı təklifləri nəzəri alınacaq”-Açıqlama
"Artıq ötən ildən paytaxt məktəblərinin I-IV siniflərində vahid məktəbli geyimi tətbiq olunur. Yuxarı siniflərdə də formalar 3-4 rəngdə olmasın deyə belə qərara gəldik ki, onların geyimləri də ibtidai siniflərdəki kimi bir rəngdə olsun". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Valideyn-Müəllim Assosiasiyasının vitse-prezidenti Təranə Şərifova məlumat verib. O bildirib ki, valideynlərin, şagirdlərin, müəllimlərin qərarı ilə ümumi razılığa gəlinib.
"Geyimlər həm effekt, həm də keyfiyyət baxımdan çox gözəldir. Valideynlərlə bərabər bu formaların keyfiyyət sertifikatları ilə tanış olmuşuq. Hər bir açılacaq forma satışı mərkəzlərində bu forma asılacaq. Çünki uşaqların sağlamlığı üçün yararlı olan bu sertifikatlar çox önəmlidir. Bakı Tikiş Evi sertifikatları əldə edib və artıq cəmiyyətə təqdim edib", - deyə o əlavə edib.
O vurğulayıb ki, vahid məktəbli geyiminin seçimi zamanı fərqli geyim formaları, modelləri var idi: "Ancaq məktəbli formasının modeli həm sərfəli, həm də yararlı olmalı idi. Valideyn və şagirdlərin də çox hissəsi bu seçimdə iştirak edib və yekun qərarın qəbulu zamanı onların təklifləri də nəzərə alınıb. Qeyd edək ki, bir ailədə 3 və daha çox məktəbli olarsa, onlara vahid məktəbli geyimlərinin qiymətində güzəştlərin edilməsi ilə bağlı təklifləri nəzəri alınacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB