Qərbi Kaspi Universiteti və Koreya Elm və Texnologiya Universiteti arasında memorandum imzalanıb
Qərbi Kaspi Universiteti və Koreya Elm və Texnologiya Universiteti arasında memorandum imzalanıb. 2019-2024-cü illəri əhatə edən əməkdaşlıq razılaşmasına əsasən universitetlər arasında akademik və administrativ heyətin əməkdaşlığı, tələbə mübadiləsi, ortaq tədqiqat fəaliyyətləri, mühazirə və seminarların təşkili nəzərdə tutulur.
Eyni zamanda sənəd Qərbi Kaspi Universitetinin tələbələrinə daha yaxşı şərtlərlə Koreyada qısa və uzunmüddətli təhsil və təcrübə imkanı yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB