Nurlan Əliyev: “Bu il Azərbaycan Səhiyyə Kommunikasiya Assosiasiyası tibb mütəxəssislərinin iştirakı ilə müxtəlif təlimlər keçirəcək” - AÇIQLAMA

Nurlan Əliyev: “Bu il Azərbaycan Səhiyyə Kommunikasiya Assosiasiyası tibb mütəxəssislərinin iştirakı ilə müxtəlif təlimlər keçirəcək” - AÇIQLAMA
2011-ci ildə Azərbaycan Səhiyyə Kommunikasiya Assosiasiyası yeni layihələr həyata keçirəcək. Bu barədə SİA-ya ASKA-nın prezidenti Nurlan Əliyev məlumat verib. O bildirib ki, bu il də ötən ildən həyata keçirilən layihələr davam etdiriləcək, bundan əlavə, tütünlə mübarizə sahəsində öz işlərini davam etdirəcək.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının sağlamlıqla bağlı problemlərinin düzgün işıqlandırılması üçün bu istiqamətdə işlər görüləcək: "Əsas məqsədlərimizdən biri Azərbaycanda səhiyyə kommunikasiyasını bir elm kimi inkişaf etdirməkdir. Ötən illərdə silsilə görüşlər, təlimlər keçirilib. Bu il də dövlət strukturları, tibb mütəxəssislərinin iştirakı ilə təlimlərdə bu il də davam etdiriləcək. Tütünsüz Azərbaycan layihəsini, silsilə təlimlər həyata keçiriləcək. Bundan əlavə, kommunikasiyanın fəaliyyəti ilə bağlı müxtəlif biliklərin artırılması, səhiyyə mütəxəssisləri ilə bağlı yeniliklərin həyata keçirilməsi istiqamətində müxtəlif layihələrimiz var. Bu layihələr uğurla həyata keçirildikdən sonra bunların hər biri haqqında ətraflı məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə