Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ümumtəhsil məktəblərində tədris aparan fizika, kimya və biologiya müəllimləri üçün təlim kurslarına start verilib. Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dördgünlük təlim kurslarına muxtar respublikanın ümumtəhsil məktəblərindən hər fənn üzrə 20 nəfər olmaqla, ümumilikdə, 60 fənn müəllimi cəlb edilib.
Qeyd olunan fənlərin aktual mövzularına həsr olunmuş seminarlar yüksəkixtisaslı mütəxəssislər tərəfindən müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçirilir. Seminar çərçivəsində universitet şəhərciyi ilə, o cümlədən botanika bağı və muzeyi, qeyri-üzvi kimya, analitik kimya, fiziki və kolloid kimya, elmi-tədqiqat laboratoriyalarında praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.
Naxçıvan Dövlət Universitetinin elmi dərəcəli müəllimləri tərəfindən tədris olunacaq təlim kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, metodiki sahədə təkliflərin verilməsinə, ayrı-ayrı fənlər üzrə çətin mövzular ətrafında təhlillərin təşkilinə dair qabaqcıl təcrübə öyrəniləcək, müəllimlərin fənn laboratoriyalarından istifadə bacarıqlarının artırılmasına kömək göstəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB