Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki 2 saylı tam orta məktəbdə "Narkomaniyanın sosial təhlükəliliyi" adlı tədbir keçirilib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin, habelə Ceyranbatan qəsəbə nümayəndəliyinin təmsilçiləri iştirak ediblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, "ağ ölüm" adlanan bu bəla cəmiyyət üçün ən təhlükəli vərdişlər siyahısında ilk yerdədir. Çıxışlarda qeyd olunub ki, narkomaniya olduqca təhlükəli sosial bəladır və əsasən də gənc nəslin həyatını məhv edir. Müzxakirələrdə bu bəlaya qarşı bütün cəmiyyətin səfərbər olmasının vacibliyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB