"Son dövrlərdə gənclərin peşə təhsilinə marağı da artıb”

"Son dövrlərdə gənclərin peşə təhsilinə marağı da artıb”

"Azərbaycan dünyəvi dövlət olduğu üçün burada digər dillərdə tədrisin aparılması üçün heç bir məhdudiyyət yoxdur. Müasir dövrün tələbləri nəzərə alındığı üçün layihədə tədris dilinin dövlət dilində aparılması təmin edilir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, ancaq bununla yanaşı, vətəndaşların istəyi nəzərə alınmaqla, ümumtəhsil məktəblərində tədrisin digər dillərdə aparılmasına da icazə verilir. “Ümumi təhsil haqqında” qanun layihəsində mövcud reallıq və perskpektivlərin öz əksini tapdığını deyən Komitə sədri söyləyib ki, layihədə “tədris ili” anlayışının dəyişdirilməsi ilə bağlı təkliflərə münasibət bildirən komitə sədri bu anlayışın olduğu kimi saxlanılmasını düzgün sayıb: “Qanun layihəsində qeyd edilib ki, ümumi təhsil müəssisələrində dini qurumlar yaradılmır. Bu, ölkəmizin apardığı siyasətə tamamilə uyğundur”.

İ.Həbibbəyli əlavə edib ki, indiki halda qanun layihəsində icbari təhsilin ümumi orta təhsil səviyyəsində olmasını məqsədəuyğun sayırlar: “Layihənin müzakirəsi zamanı icbari orta təhsillə bağlı millət vəkilləri narahatlıqlarını bildirdilər. İcbari təhsil ümumi orta təhsili ifadə edir. Ölkəmizdə icbari təhsil tam orta təhsili əhatə etməsə də, gənclərin tam orta təhsil səviyyəsində peşə bilikləri alması üçün ciddi tədbirlər həyata keçirilir. Buna görə də bu narahatlıq tamamilə tam aradan qalxıb. Son dövrlərdə gənclərin peşə təhsilinə marağı da artıb”

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə