Səlcuq Universitetinin professoru UNEC-də

Səlcuq Universitetinin professoru UNEC-də

Türkiyənin Səlcuq Universitetinin əməkdaşı, professor Bünyamin Ayhan UNEC-in akademik heyəti üçün “Sosial elmlərdə tədqiqat metodları” mövzusunda təlim proqramı keçir. UNEC-dən SİA-ya verilən məlumata görə, məruzəçi iki universitet arasında bu cür tədbirlərin davamlı keçirilməsinin təlim-tədris sisteminin inkişafında və elmi-tədqiqat işlərinin ideya və strukturunun müasir tələblərə uyğun tərtibində xüsusi rolu olduğunu qeyd edib.

Təlimlər yanvarın 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə