Xaricdə doktorantura səviyyəsi üzrə prioritet ixtisaslar açıqlanacaq

Xaricdə doktorantura səviyyəsi üzrə prioritet ixtisaslar açıqlanacaq

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində vətəndaşların xaricdə doktorantura səviyyəsi üzrə təhsil almaları üçün prioritet ixtisaslar və xarici ölkələrin müvafiq ali təhsil müəssisələri müəyyənləşdiriləcək.

Müvafiq Dövlət Proqramında Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Neft Fondu normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən olunub.

Qeyd edək ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə