Çinin şərqində, Anxoy əyalətində kütləvi zəhərlənmə faktı qeydə alınıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, azı 200 uşaq qurğuşun (Pb) zəhərlənməsi diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Ehtimal olunur ki, zəhərlənməyə əyalətdə batareya istehsal edən müəssisələrin tullantıları səbəb olub. Təhlükəsizlik tədbirləri çərçivəsində həmin müəssisələrin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Hazırda yaranmış vəziyyətlə əlaqədar müvafiq işlər görülür, araşdırma aparılır.
Qeyd edək ki, qurğuşun insan orqanizminə düşdükdə sinir sisteminə həzm və reproduktiv proseslərə neqativ təsir göstərir, həmçinin, sümük boşluğuna da səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB