Nazirlik rəsmisi: “Hazırda 450-dək azərbaycanlı həkim müxtəlif xarici ölkələrdə təcrübə keçir”- Açıqlama

Nazirlik rəsmisi: “Hazırda 450-dək azərbaycanlı həkim müxtəlif xarici ölkələrdə təcrübə keçir”- Açıqlama
Cari il üçün Səhiyyə Nazirliyinin əsas prioritet məsələlərindən biri müasir standartlara cavab verən, yüksək ixtisaslı kadrların hazırlanması olacaq. Bu barədə SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O bildirib ki, bu istiqamətdə artıq Səhiyyə Nazirliyi bir çox ölkələrin mütəxəssisləri ilə müqavilələr imzalayıb və bu razılıqlara əsasən həmin mütəxəssislər Azərbaycana gələrək treninqlər keçəcəklər. A.Qədirlinin sözlərinə görə, bundan əlavə, Azərbaycan mütəxəssisləri xaricdə öz təhsillərini, təcrübələrini davam etdirəcəklər. Bu il də xeyli həkimin xarici ölkələrə göndərilməsinin nəzərə tutulduğunu deyən nazirlik rəsmisi onların dəqiq sayı barədə məlumatsız olduğunu deyib.

"Ancaq qeyd edim ki, 2010-cu ildə 450-dək həkim müxtəlif xarici ölkələrdə təcrübəyə cəlb olunub. Hazırda onların 156-sı Türkiyədə, qalanları isə Moskva, Belarus və digər Avropa ölkələrində təcrübə keçirlər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə