Dərslər təxirə salındı

Yağan qar Yunanıstanda dərslərin təxirə düşməsinə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən gecədən başlayaraq Afina qara bürünüb və hava şəraiti ilə əlaqədar paytaxta yaxın ərazilərdə məktəblərdə dərslər təxirə salınıb. Attikanın məktəbləri şaxtalı havada fəaliyyətə hazır deyillər.

Qeyd edək ki, bu ölkədə hava şəraiti ötən ilin dekabr ayından kəskin soyumağa başlayıb. Artıq 3 nəfər hava şəraitinin qurbanı olub. Metroloqlar soyuq hava şəraitinin yanvarın 10-dək davam edəcəyini açıqlayıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Afinaya qarın yağması nadir hallardan hesab oluna bilər. Adətən burada qar bir neçə saat ərzində əriyir. Qəzaların qarşısını almaq üçün yol polisi bəzi yolları bağlayıb. 3,5 tondan çox ağırlığında olan yük maşınları yola buraxılmır.

Ölkənin müvafiq dövlət orqanlarını, bölgələr və bələdiyyələr fövqəladə hallara hazırlıq vəziyyətinə dair məlumatlandırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə