Nazirlik müəllimlərin müsabiqədə aşağı nəticə göstərmələrinə aydınlıq gətirib

Nazirlik müəllimlərin müsabiqədə aşağı nəticə göstərmələrinə aydınlıq gətirib

"İstedadlı şagird üçün istedadı müəllim" müsabiqəsində müəllimlərə təqdim edilən suallar beynəlxalq olimpiada üçün nəzərdə tutulmuş suallar idi. Müsabiqənin məqsədi isə beynəlxalq olimpiadalar üçün bilik və bacarıqları müəyyən edən müəllimləri seçmək idi". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında müsabiqədə müəllimlərin aşağı nəticə göstərmələrinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, məqsəd beynəlxalq standarta uyğun və ya yaxın tədris keçəcək müəllimləri üzə çıxarıb müəyyənləşdirmək və qrantlar vasitəsilə onlara kömək etməkdir: "Belə olan halda, onlar tək Bakıda deyil, eləcə də rayonlarda şagirdləri beynəlxalq olimpiadalar üçün hazırlaşfıra bilərlər. Hər fənn üzrə 20-30 müəllim müəyyənləşdirmişik ki, şagirdləri ilkin pillədə respublika fənn olimpiadasına hazırlaşdıra bilsinlər. Bu gün Azərbaycanın bölgə məktəbində belə müəllimlərin olması sevindiricidir. Mahiyyət etibarı ilə məktəb müəllimindən olimpiada suallarına niyə cavab vermədiyini tələb etmək gülüncdür. Bu məsələyə şərh bayağı aparılmışdı".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə