"Summativlə bağlı yeni qaydaların tətbiqi üçün heç bir maneə yoxdur"
"Summativ qiymətləndirmə ilə bağlı suallar 4 ağırlıq səviyyəsində olur. 4-cü səviyyə" 5" almaq istəyən şagirdlər üçün nəzərdə tutulur. Amma 1-ci dərəcəli suallar elə qurulur ki, heç olmasa sinfin yarısı ona cavab verə bilsin". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda 1 milyon 600 min şagird olduğunu nəzərə alsaq, sualların mərkəzləşdirilmiş formada hazırlanması qeyri-mümkündür: "Suallar məktəblər tərəfindən hazırlanır".
Yeni qaydaların tətbiqi vaxtına aydınlıq gətirən şöbə müdiri söyləyib ki, qiymətləndirmə ilə bağlı yeni qaydalar artıq tətbiq olunmağa başlanıb: "İndiyədək aparılan qiymətləndirmələr düzgün şəkildə aparılıb. Çünki köhnə qaydalar qüvvədə idi. Amma böyük qiymətləndirmələrin ikinci yarım illiyin sonunda keçirildiyini nəzərə alsaq, hazırda heç bir məktəbdə böyük summativlər keçirilməyib".
E.Əmrullayev qeyd edib ki, məktəblərdə qiymətləndirmə ilə bağlı yeni qaydalar ilin ortasından tətbiq olunsa da, hazırda onun tətbiqi ilə heç bir maneə yoxdur: "Çünki ilin əvvəlindən bu qaydaların hazırlandığı hər kəs məlum idi. Bu qaydalar gözlənilən olduğundan onların tətbiqi üçün heç bir çətinlik yoxdur".
Şöbə müdiri əlavə edib ki, həftədə bir dəfə keçirilən fənlər üçün kiçik summativ qiymətləndirmələrin təxminən 5-6 həftədən bir keçiriləcək: "Beləliklə, şagirdlər biləcək ki, bu müddətdən sonra onların qiymətləndirilməsi keçiriləcək və ona əvvəlcədən hazırlıqlı olacaqlar. Kiçik summativ qiymətləndirmə 5-6 dərs ərzində bilikləri ölçülməsi deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB