Ötən il 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib

Ötən il 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib

2018-ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur. Bu barədə SİA-ya Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, 2018-2019-cu tədris ilində birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib. Ötən il 33 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında 299 nəfər qalib elan olunub. Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş, 20 bürünc olmaqla ümumilikdə 29 medal qazanıb. 2018-2019-cu tədris ilində 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir. 2018-2019-cu tədris ilində Bakı və Gəncə şəhərləri üzrə daha 28 məktəb "Rəqəmsal bacarıqlar" pilot layihəsinə cəlb edilib. Ümumilikdə 71 məktəb və 26 min şagird bu layihəyə cəlb olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə