2018-ci ildə Bakı məktəblərində informatika təmayüllü siniflər açılıb
Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində 2018-ci ildə paytaxtdakı 30 ümumtəhsil məktəbində “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) SİA bildirilib ki, layihə çərçivəsində həmin məktəblərin informatika müəllimləri üçün seminar təşkil edilib. Həmçinin 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər açılıb.
Bundan əlavə, 4 ümumtəhsil məktəbində ingilis dili resurs mərkəzləri təsis edilib. Mərkəzlərin fəaliyyəti çərçivəsində 20 müəllim Böyük Britaniyada 5 günlük təkmilləşdirmə təlimində iştirak edib. Həmçinin 17 ingilis dili müəllimi Bakıda “British Council” təşkilatının təlimçiləri tərəfindən keçirilən təlimlərə qatılıb. İl ərzində mərkəzlərin fəaliyyətindən 600-dən artıq şagird yararlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB