Tələbələr pulsuz tibbi müayindən keçə və müalicə oluna bilər TƏKLİF

Tələbələr pulsuz tibbi müayindən keçə və müalicə oluna bilər TƏKLİF

Azərbaycan Tələbələrinin II Qurultayında tələbələrin pulsuz tibbi müayinədən keçməsi təklif edilib. SİA-nın xəbərinə görə, bu məsələ Azərbaycan Tələbələrinin II Qurultayının qətnaməsində öz əksini tapıb.

Qətnamədə təhsil alan gənclərin sağlamlığının qorunması məqsədi ilə təhsil müəssisələrində tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması əsas istiqamətlərdən biri kimi qeyd edilib.

Tələbələrin ildə bir dəfə olmaqla pulsuz tibbi müayinədən keçməsi və dövlət hesabına müalicəsinin təşkili təklif edilib.

Qeyd edək ki, Bu gün Heydər Əliyev Mərkəzində Təhsil, Gənclər və İdman Nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan Tələbələrinin II Qurultayı keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə