Rektor: “Müəllimlər İnstitutunun filiallarında fəal təlimlə, innovasiyalarla bağlı işlər davam etdirilməlidir”

Rektor: “Müəllimlər İnstitutunun filiallarında fəal təlimlə, innovasiyalarla bağlı işlər davam etdirilməlidir”
2010-cu ildə həyata keçirdiyimiz tədbirləri sadalasam buna xeyli vaxt sərf olunar. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı məlumat verib. O bildirib ki, cari il ərzində də çoxlu işlər görülüb.

"Bu il institut yenidən təmir olunub, yeni fakültələr və mərkəzlər açılıb, institutun filiallarının maddi-texniki bazası gücləndirilib. Bir sözlə uğurlarımız çox olub və bunun üçün saatlarla vaxt lazımdır ki, ətraflı məlumat verək", - deyə o əlavə edib.

2011-ci ildə nə kimi yeniliklərin olacağına gəlincə, rektor qeyd edib ki, gələn il üçün çoxlu planlarımız var. İnstitutun 15 filialının olduğunu deyən A.Naxçıvanlı vurğulayıb ki, institutda bir çox işlər görülüb, ancaq filiallarda fəal təlimlə, innovasiyalarla bağlı işlər davam etdirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə