Komitə sədri: “Gələcəkdə adambaşına maliyyələşmə sistemi təhsilin bütün pillələrinə şamil ediləcək”

Komitə sədri: “Gələcəkdə adambaşına maliyyələşmə sistemi təhsilin bütün pillələrinə şamil ediləcək”
"Adambaşına maliyyələşmə sistemi yalnız ali təhsillə bitmir. Bu gələcəkdə təhsilin bütün pillələrinə şamil ediləcək". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib.

Təhsil qanununda bütün bunların yazıldığını deyən Ş.Hacıyev vurğulayıb ki, Nazirlər Kabinetində qanunun həmin bəndinin reallaşması üzrə xüsusi qərar hazırlanacaq. Ancaq tək o deyil, Təhsil qanununda yazılan çox şeylər var ki, onlar hələki reallaşmayıb.

"Ali məktəblərdə yeni maliyyələşmə sisteminə keçilib. Burada dövlət tərəfindən təhsil haqqı ödənilir, xüsusi sifarişlər verilir, həmin sifarişlərə əsasən təhsil haqları dövlət tərəfindən ödənilir. Dövlət öz tələbatını müəyyən edir və sifariş verir. Amma mən ödənişli əsasların artırılmasının tərəfdarıyam. Universitetin potensial imkanlar, maddi-texniki bazası, infrastrukturu imkan verirsə, burada məhdudiyyət qoymağa dəyməz. Burada hər bir universitetin təklifləri mütləq nəzərə alınmalıdır. Bu tendensiyanı dəstəkləyirik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə