Ali məktəb tələbələri arasında keçirilən XV respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb-TƏDBİR
Bu gün Təhsil Nazirliyində ali məktəb tələbələri arasında keçirilən XV respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mükafatlandırma mərasimi Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ilk öncə bütün iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə təbrik edib və onlara cansaglığı, işlərində uğurlar arzulayıb. Tədbir haqqında ətraflı məlumat verən təhsil naziri M.Mərdanov vurğulayıb ki, XV respublika fənn olimpiadasının yekun turu mayın 26-da Azərbaycan Texniki Universitetin bazasında 11 fənn üzrə keçirilib. O bidirib ki, olimpiadanın final mərhələsində 34 ali məktəbdən 458 nəfər iştirak edib.
"Olimpiadaya Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən ali təhsil müəssisələrinin tələbələri qatılıb. Ötən il keçirilən fənn olimpiadasının yekun turunda 5, bu il isə 8 qeyri-dövlət ali təhsil müəssisəsi təmsil olunub. Olimpiada iştirakçılarının işləri Təşkilat Komitəsi və Münsiflər Heyəti tərəfindən qiymətləndirlib və qaliblər müəyyən edilib. Münsiflər heyətinin qərarına əsasən I yerə 11, II yerə 22, III yerə 33, həvəsləndirici mükafata isə 40 tələbə layiq görülüb. Aparılan təhlillər nəticəsində məlum olub ki, XV olimpiadada tələbələr ən çox Azərbaycan tarixi, ingilis dili və riyaziyyat fənninə maraq göstəriblər. Rus dili fənninə isə marağın az olduğu müəyyənləşib", - deyə o əlavə edib.
Tədbirin davamında olimpiada qaliblərinə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomu, pul mükafatı və hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB